Ucarda iki qonşunun toyda mübahisəsi QANLA BİTDİbackend

Ucarda iki qonşunun toyda mübahisəsi QANLA BİTDİ

Ucar sakini qonşusunu bıçaqlayıb.

KONKRET.az-ın xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Küçəkənd kəndində baş verib.

Kənddə keçirilən toy şənliyində yeyib-içən iki qonşunun mübahisəsi qanla nəticələnib.

Kənd sakini, 1971-ci il təvəllüdlü Maarif Həmid oğlu Xəlilov mübahisə etdiyi qonşusu, 1962-ci il təvəllüdlü Muxdər Rəhim oğlu Rəsulovun evinə gələrək ona bıçaqla xəsarət yetirib.

Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*