Ucarda zəncirvari qəza nəticəsində üç avtomobil yararsız hala düşdübackend

Ucarda zəncirvari qəza nəticəsində üç avtomobil yararsız hala düşdü

Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunu Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayonunun Lək kənd sakini, 1994-ci il təvəllüdlü Fərhad Məmməd oğlu Hüseynov “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına çıxan iri buynuzlu heyvanı vurub.

Rayon sakini, 1994-ci il təvəllüdlü Fərman Abuzərov kömək məqsədilə idarə etdiyi “VAZ 2106”; markalı minik avtomobilini yol kənarında saxlayıb.

Arxadan gələn Qeys Əmirovun idarə etdiyi “BMW”; markalı minik avtomobili “VAZ 2106”-ya çırpılıb. Zərbənin gücündən “BMW” yoldan çıxaraq aşıb.

Nəticədə hər üç avtomobil yararsız hala düşüb və Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Vüqar İmamqulu oğlu Quliyev müxtəlif dərəcəli xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.//Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*