UEFA Avropa Liqası: “Qarabağ” məğlub oldubackend

UEFA Avropa Liqası: "Qarabağ" məğlub oldu

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

KONKRET.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda İsveçin “Malmö” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 1:2.

 

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun “Qarabağ” – “Malmö” (İsveç) matçında hesab bərabərləşib.

KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 19-cu dəqiqəsində “Malmö”nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub – 1:1.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun “Qarabağ” – “Malmö” (İsveç) oyununda hesab açılıb.

KONKRET.az xəbər verir ki, “Qarabağ” hesabda önə keçməyi bacarıb.

15-ci dəqiqədə Juninyo hesabı açıb – 1:0.


***

UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunun “Qarabağ” – “Malmö” matçı başlayıb.

KONKRET.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.

Qeyd edək ki, görüşü Anastasios Papapetrunun başçılıq etdiyi yunanıstanlı hakimlər briqadası idarə edir.

Xatırladaq ki, “Tottenhem”lə görüşdə 3:0 hesabı ilə məğlub olan təmsilçimiz hazırda Liqa mərhələsinin 35-ci pilləsində qərarlaşıb. İsveç təmsilçisi “Malmö” isə 30-cu sıradadır.

UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda bu gün Bakıda keçiriləcək “Qarabağ” – “Malmö” (İsveç) matçının start heyətləri bəlli olub.

KONKRET.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Qarabağ”: Fabiyan Buntiç, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Julio Romao, Elvin Cəfərquliyev, Kevin Medina, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Olavio Juninyo.

Baş məşqçi: Qurban Qurbanov.

“Malmö”: Dahlin, Rösler, Yansson, Busanello, Pena, Yohansen, Larsson, Kristiansen, Botheim, Kiese Thelin, Berq

Baş məşqçi: Henrik Ridström

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.

  • Omer
    Oktyabr 3, 2024 - 23:04

    Hec kimin dile getirmesede, fikirlerdeki deyisikliyin vaxtdir. Mence Qarabag artiq bacardiqlarini edib. Digeri komandalardan ireli cixmaq vaxtdir. Mence affanin yeni rehberliyi demokratdilar ve digeri komandalardan yasil isiq yanacaq. Ugurlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*