Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü atılıb
KONKRET.az xəbər verir ki, mərasim saat 15:00-da başlayıb. Püşkatmada “Qarabağ”ın da rəqibləri məlum olub.
Belə ki, Azərbaycan təmsilçisi “Tottenhem”, “Budyo Qlimt”, “Elfsborq” və “Olimpiakos”la səfərdə, “Ayaks”, “Malmö”, “Styaua” və “Lion”la isə Bakıda qarşılaşacaq.
“Qarabağ” Liqa mərhələsində öz səbəti daxil olmaqla, hər səbətdən iki komandaya rəqib olacaq. Komandalar ümumilikdə 8 oyun keçirəcək (4 ev, 4 səfər).
Yekunda 36 komanda arasında ilk 8 yeri tutanlar birbaşa 1/8 finala yüksələcək. 9-24-cü sıranı tutanlar isə pley-off oynayacaq.