Ukrayna Anna Semenoviçi qara siyahıya saldıbackend

Ukrayna Anna Semenoviçi qara siyahıya saldı

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi Ukrayna Təhlükəsizlik Xidmətinin təklifi ilə rusiyalı müğənni Anna Semenoviçin adını milli təhlükəsizliyə təhdid yaradan şəxslərin siyahısına daxil edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müğənni siyahıda 158-ci yerdədir.

Anna Semenoviçə Ukraynaya giriş qadağan edilib. Buna səbəb onun müharibədə iştirak edən Rusiya hərbçilərinə baş çəkməsi olub.

Qeyd edək ki, hazırda Ukrayna hökumətinin qara siyahısında 210 nəfər var. Onların arasında Oleq Qazmanov, Valeriya, Sergey Penkin, Alexander Rosenbaum, Yulia Çiçerina və digər rusiyalı sənətçilər də yer alıb. Ukrayna Mədəniyyət Nazirliyinin siyahını mütəmadi olaraq yeniləyir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*