“Ukrayna Azərbayacana tam dəstək verir” – POLİTOLOQbackend

"Ukrayna Azərbayacana tam dəstək verir" - POLİTOLOQ

Xəbər verdiyimiz Ukraynanın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Etirazlara səbəb Ukrayna Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı verdiyi açıqlama olub.

Bununla bağlı KONKRET.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ukraynanın Tovuz təxribatında Azərbaycana tam dəstək verməsi Ermənistanı ciddi narahat etdi və bu ölkə siyasi etikadan kənar davranışlar nümayiş etdirməyə başladı:

“İrəvanda Ukrayna səfirliynə hücumda birbaşa Paşinyan məsuliyyət daşıyır. Bu təxribatı müstəqil bir ölkənin siyasətinə qarşı gəlmək kimi də qiymətləndirmək olar. Ermənistan xaricdə etdiyi radikallaşmanı artıq öz ölkələrində Ukraynanın səfirliyinə qarşı da edir. Hesab edirəm ki, Ukrayna səfirliyinə qarşı bu hücum iki ölkə arasında diplomatik problemlərə yol aça bilər. Ermənistan əndazəni aşan bir hərəkətə yol verir. Kiyevlə İrəvan arasında siyasi-iqtisadi əlaqələr bundan sonra inkişaf edə bilməz. Ukrayna Azərbayacana tam dəstək verir. Rəsmi Kiyev yaxşı bilir ki. Ermənistan Rusiyanın forpostudur və işğal siyasəti aparır. Hətta Ermənistan Ukraynanın ərazi bütövlüyünü dəstəkləmir. Krımı Rusiyanın ərazisi hesab edir. Belə olan təqdirdə Ukrayna Azərbaycana dəstək verəcək”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*