Ukrayna-Rusiya böhranının kəskinləşməsi fonunda rusiyalı milyarderlərin sərvəti bu il 32 milyard dollar azalıb.
KONKRET.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.
Ekspertlər hesab edirlər ki, Qərblə Rusiya arasında münasibətlərin daha da pisləşməsi daha böyük itkilərə səbəb ola bilər.
Əsas itkilərə Böyük Britaniyanın sanksiya tətbiq etdiyi milyarder Gennadi Timçenko məruz qalıb – varidatının üçdə birini itirib. “Sibur” və “Novatek” şirkətlərinin direktorlar şurasının üzvü olan Timçenkonun itkilərinin yaxın həftələrdə daha da artacağı gözlənilir.
İlin əvvəlindən bəri “Novatek”ə rəhbərlik edən Leonid Mixelson 6,2 milyard dollar, “Lukoyl”un prezidenti Vahid Ələkbərov 3,5 milyard dollar itirib. Ümumilikdə, Rusiyanın 23 ən varlı adamının srəvəti 2021-ci ilin sonundakı 375 milyard dollardan 343 milyard dollara düşüb.
