Ukrayna hərbçiləri diviziya komandirini məhv ediblər.
KONKRET.az bu barədə RBC-Ukrayna Bloknot nəşrinə istinadən xəbər verir.
Ukraynada gedən müharibədə Volqoqrad 20-ci Qvardiya motoatıcı diviziyasının komandiri polkovnik Aleksey Qorobets həlak olub.
Bildirilir ki, zabitin ölümü ilə bağlı məlumatı onun həyat yoldaşı təsdiqləyib.
“Komandirlikdən zəng edib məlumat verdilər. Dəfn mərasiminin tarixi və yeri hələ seçilməyib”, – deyə o bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
