“Ukrayna iyunun sonu, iyulun əvvəlində Rusiyaya qarşı əks-hücuma keçəcək” – Arestoviç AÇIQLADIbackend

"Ukrayna iyunun sonu, iyulun əvvəlində Rusiyaya qarşı əks-hücuma keçəcək" - Arestoviç AÇIQLADI

Aleksey Arestoviç Ukraynanın iyunun sonuna kimi “əks-hücum”a hazır olacağını açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib. O qeyd edib ki, Ukrayna iyunun sonu və iyulun əvvəlində əks hücuma hazırlaşa bilər. Arestoviç bunun mümkünlüyünü əhəmiyyətli xarici silah tədarükü ilə əlaqələndirib.

“Əks-hücum çoxlu sayda Qərb silahlarının toplanması ilə mümkündür. Bu, tamamilə yenidən silahlanmış, təlim keçmiş, yaxşı əlaqələndirilmiş bir neçə briqada üçün kifayətdir. Daha sonra irəliləyə bilərik. Hücum çox güman ki, iyunun sonu, iyulun əvvəli olacaq” – deyə o fikirlərini tamamlayıb.

Xatırladaq ki, aprelin 21-də ABŞ Ukraynaya əlavə hərbi yardım, o cümlədən 72 “haubitsa” və 121 “Phoenix Ghost” taktiki pilotsuz uçuş aparatı göndərildiyini elan edib. Aprelin 22-də ABŞ Dövlət Departamenti Ukraynaya çoxsaylı buraxılış raket sistemləri (MLRS) və hərbi təyyarələr üçün ehtiyat hissələri göndərəcəyini açıqlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*