Ukrayna kəşfiyyatının rəhbəri ruslara “əsl cəhənnəm” vəd edirbackend

Ukrayna kəşfiyyatının rəhbəri ruslara “əsl cəhənnəm” vəd edir

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov xəbərdarlıq edir ki, tezliklə rus təcavüzkarı üçün “əsl cəhənnəm” gələcək.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə o “The Nation” nəşrinə müsahibəsində deyib.

“Deyim ki, tezliklə yaz gələcək, meşələrimiz yaşıllaşacaq və işğalçı üçün əsl cəhənnəm açılacaq”, – deyə Budanov bildirib.

O eyni zamanda bildirib ki, Ukrayna hərbçiləri uğur qazansa da, vəziyyət çox mürəkkəbdir.

“Ukrayna şəhərlərində böyük sayda rus qoşunları var. Sülh perspektivlərinə gəlincə, danışıqlar davam edir. Amma hələ də qeyri-müəyyən və gözlənilməz vəziyyət hökm sürür”, – deyə hərbi kəşfiyyat rəhbəri izah edib.

Budanov deyib ki, ruslara güvənmək qətiyyən olmaz.

“Rusiya tərəfi heç vaxt danışıqlar zamanı proqnozlaşdırıla bilməyib. Ölkəmiz kiminlə müharibə apardığını anlayır və burada heç bir möcüzə gözləmirik. Biz cinayətkarlar, quldurlar, muzdlular ordusu ilə mübarizə aparırıq və döyüşməyə və qalib gəlməyə hazırıq”.

Budanovun sözlərinə görə, Rusiya komandanlığı bir çox səhv hesablamalara yol verib.

“Ukrayna ordusu göstərdi ki, Rusiya ordusu dünyada ikinci ordu kimi böyük bir mifdir. Bu ordu sadəcə olaraq orta əsrlərə aid canlı qüvvə olaraq köhnəlmiş döyüş üsullarına malikdir”, – deyə kəşfiyyat rəhbəri hesab edir.

O, ümid edir ki, müharibənin sonunda Ukrayna nəhayət ki, tam funksional hava hücumundan müdafiə sistemini yerləşdirə biləcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*