“Ukrayna Silahlı Qüvvələri Krım yarımadasının işğaldan azad edilməsinə hazırlaşır. Bunun üçün üç əsas vəzifə yerinə yetirilir”.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Onun sözlərinə görə, vəzifələr Rusiyanın hərbi və anbar infrastrukturunu aktiv şəkildə məhv edə bilmək üçün yarımada üzərində səmanın açılması zərurətidir. Bunun üçün Ukrayna hərbçiləri raket əleyhinə sistemləri və hava hücumundan müdafiə sistemlərini, o cümlədən “Triumf”u məhv edirlər.
Aparat rəhbəri həmçinin aktiv döyüş əməliyyatları zonasında resurs və ehtiyatların fasiləsiz təchizatının dayandırılmasının vacibliyini, bunun üçün terrorçuların nəqliyyat logistikasının və Krım körpüsü kimi qeyri-qanuni obyektlərin məhv edilməsinin zəruriliyini bildirib.
Podolyak əlavə edib ki, Ukrayna Qara dəniz donanmasının qalıqlarını Krımın ərazi sularından çıxarmalı və Qara dənizin xarici yurisdiksiya dənizi statusunu bərpa etməlidir. Bunun üçün infrastruktur sökülməli və Rusiya hərbi gəmiləri məhv olunmalıdır.
Burhan,
KONKRET.az