“Ukrayna məğlub olarsa, Putin bu ölkəyə HÜCUM EDƏCƏK” – Slovakiyanın baş naziribackend

"Ukrayna məğlub olarsa, Putin bu ölkəyə HÜCUM EDƏCƏK" - Slovakiyanın baş naziri

“Putin yeni hücum hazırlayır”.

KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə günü Slovakiyanın baş naziri Eduard Heger Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib. O hesab edir ki, Ukraynanın ələ keçiriləcəyi təqdirdə Putinin növbəti hədəfi Slovakiya olacaq.

“Ukrayna məğlub olarsa, növbəti Slovakiya olacaq… Onlar (Ukrayna) qalib gəlməlidir”, – o deyib.

Heqer daha sonra Avropa İttifaqı üzvlərini Rusiya enerjisinə həddən artıq güvənməyə görə tənqid edib. O, liderləri Rusiya ilə öz prinsiplərinə güzəşt etməyi dayandırmağa çağırıb.

“Biz çoxdandır ki, dəyərlərimizi ucuz qaz və neftə dəyişirik. Putinlə kompromis Ukraynada müharibəyə səbəb oldu. Təcavüzkar müharibə, insanlar ölür. Ukraynalılar bizim dəyərlərimiz üçün qanlarını tökürlər, ona görə də bu, bizə lazım deyil”, – Heger vurğulayıb.

Bununla belə, Heger blokdan Ukrayna və Qərbi Balkanlarla işləməyi, “Aİ-yə daxil ola bilmələri üçün standart qaydaları” işləyib hazırlamağı xahiş edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*