Ukrayna Baş Kəşfiyyat İdarəsi Tu-22M3 və Tu-160 təyyarələrindən X-22, X-555, X-101 qanadlı raketləri ilə şəhərlərə və mülki əhaliyə raket zərbələri endirən Rusiya aviasiyasının bir neçə hərbi hissəsinin komandirlərinin adlarını açıqlayıb.
Hərbi kəşfiyyat məlumatlarına görə, pilotların özləri də müharibə cinayətlərinə görə cinayətkar kimi məsuliyyət daşıyacaqlarından çəkinirlər, buna görə də mülki şəxslərin öldürülməsində iştiraklarına dair sübutları məhv etməyə çalışırlar.
KONKRET.az xarici KİV-ə istinadən bildirir ki, həmin komandirlər aşağıdakılardır:
22 ağır bombardmançı aviasiya diviziyası
Qvardiya komandiri polkovnik Nikolay Varpaxoviç;
121 ağır bombardmançı aviasiya alayı
qvardiya komandiri polkovnik Oleq Skitski;
Tu-160 təyyarəsi aviasiya eskadrilyasının naviqatorunun köməkçisi – kapitan Sergey Sokolov;
gəmi komandirinin köməkçisi – baş leytenant Stanislav Budko;
alay komandirinin hərbi-siyasi işlər üzrə müavini – polkovnik-leytenant İvan Subbotin. Musavat.com
