“Ukrayna NATO-nun şərq cinahında güclü forpostudur” – Ukraynanın müdafiə naziribackend

“Ukrayna NATO-nun şərq cinahında güclü forpostudur” - Ukraynanın müdafiə naziri

“Ukrayna NATO-nun şərq cinahında güclü forpostudur”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın müdafiə naziri Andrey Taran bildirib.

Nazir dəstək üçün ittifaq ölkələrinə təşəkkür də edib.

Onun sözlərinə görə, 1991-ci ildən bəri Şimali Atlantika İttifaqı təhlükəsizlik məsələlərində dəfələrlə Kiyevə dəstək verib və heç vaxt inteqrasiyada məcburiyyətlə üzləşməyib. “İttifaqa qoşulma prosesi şəffafdır. NATO-ya ölkələr və ya hökumətlər deyil, demokratik cəmiyyətlər və yeni bir şüur qoşulur”, – deyə nazir əmin olduğunu bildirib ki, hərbi blokun tamhüquqlu üzvü statusu ölkənin inkişaf etmiş dövlətlərlə əməkdaşlıq perspektivlərini açacaq və milli maraqlarını həyata keçirmək üçün ən yaxşı yoldur. Eyni zamanda, NATO hərbi standartlarına keçidin respublikaya siyasət və iqtisadiyyat da daxil olmaqla daxili islahatların həyata keçirilməsi təmin edliəcək.

Ukrayna dəfələrlə Avropa və NATO ölkələrinin təhlükəsizliyinin təmin edilməsindəki xüsusi rolu barədə danışıb.

Yeri gəlmişkən, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ruslan Xomçak da ölkəni Avropa ölkələrinin “həqiqi qalxanı” adlandırıb və respublikanın bütün üzv dövlətlərin ümumi hərbi gücünü gücləndirməyə qadir olduğunu bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*