“Ukrayna “normal qonşu” olana qədər müharibə davam edəcək”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RİA Novosti-yə müsahibəsində bildirib. O deyib ki, Ukraynaya qarşı müharibə “Putinin planına uyğun” gedir.
Medvedev hərbi əməliyyatların gedişinə qiymət verməkdən imtina edib, Rusiya Prezidentindən Ukraynaya genişmiqyaslı hücuma haqq qazandıran sitat gətirib.
Medvedevin sözlərinə görə, Ukraynadakı “xüsusi əməliyyat” Putinin qarşıya qoyduğu “məqsədlərə” nail olunana qədər davam edəcək.
“Bu məqsədlər Ukraynanın gələcəyi, Ukraynanın neytral dövlət statusu ilə bağlıdır. Hərbiləşdirilməmiş, həm də bizim normal qonşumuz olan dövlət. Bizim normal qonşumuz olmalıdır”, – deyə Medvedev bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
