Ukrayna Orbanın atəşkəs təklifini rədd etdibackend

Ukrayna Orbanın atəşkəs təklifini rədd etdi

Ukrayna Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya ilə müharibədə atəşkəslə bağlı təklifini rədd edib.

KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini İqor Jovkva deyib.

“Baş nazir öz fikrini söyləyib. Bu, hadisələrin mümkün inkişafına dair mövqe bildirən ilk ölkə deyil. Prezident Zelenski həmsöhbətini dinləyib və mövqeyini ifadə edib. Ukraynanın mövqeyi kifayət qədər dəqiq, aydın və bəllidir”, – o deyib.

Qeyd edək ki, Kiyevə səfər edən Orban Zelenski ilə görüşdə Rusiya ilə danışıqlara başlamaq üçün atəşkəs təklifi irəli sürdüyünü bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*