Ukrayna ordusu Krıma 7 raket zərbəsi ENDİRDİ – VİDEObackend

Ukrayna ordusu Krıma 7 raket zərbəsi ENDİRDİ - VİDEO

Şahidlər Krımda hədəflərə azı 7 raket hücumu edildiyini bildirirlər.

KONKRET.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Ukrayna ordusu Krımın Novofedorovka şəhər tipli qəsəbəsinə 7 raket zərbəsi endirib.

Novofedorovka Qara dənizdə, Krımın qərb sahilində Saki şəhəri yaxınlığında yerləşir. Burada hərbi aerodrom və Rusiya Müdafiə Nazirliyinin poliqonu var.

Məlumata görə, Krımda Saki şəhəri yaxınlığındakı hərbi aerodrom ərazisində partlayışlar baş verib, yanğın başlayıb.

Novoeodorovkada uçuş-enmə zolağı və sursat anbarları yanıb.

Yerli sakinlər çoxlu sayda təcili yardım maşınının Evpatoriyadan Novofedorovka istiqamətində hərəkət etdiyini bildiriblər. Partlayış yerinə təcili tibbi yardım maşınları göndərilib.

Turistlər, eləcə də yerli sakinlər kütləvi şəkildə Novofedorovkanı tərk etməyə başlayıblar. Şəhərin çıxışında tıxac yaranıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker də Krımın qaytarılması barədə danışıb. O əmindir ki, Ukrayna Krım da daxil olmaqla bütün işğal olunmuş əraziləri Rusiyadan geri almalıdır, əks halda Putin gələcəkdə təcavüzü təkrarlaya bilər.

“Beş il əvvəl düşünmək mümkün idi və mən bunu o vaxt özüm etdim. Sonra belə bir fikir yarandı ki, Donbas Rusiyaya lazım deyil və ona görə də onu daha tez qaytarmaq olar, Krımın qaytarılması isə daha uzun çəkəcək. İndi müharibə bütün bu arqumentləri darmadağın etdi. Hər şey təhlükə altındadır. Onsuz Putin imperiya iştahını itirməyəcək. Ona görə də indi hətta Krımı Rusiyanın əlində buraxmaq çox risklidir”, – deyə Volker bildirib.

Onun sözlərinə görə, Putin və Rusiya Federasiyası öz sərhədləri daxilində yaşamalı olacaqlarını qəbul etməlidir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*