Ukrayna ordusundan gözlənilməz həmlə: Ruslar narahat olmağa başladıbackend

Ukrayna ordusundan gözlənilməz həmlə: Ruslar narahat olmağa başladı

Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri mexanikləşdirilmiş hücumların yeni dalğasına başlayıb və Sudjanın cənub-şərqinə doğru rusların cəbhə xəttinin arxasına keçib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin hazırladığı yeni hesabatda deyilir.

“Ukrayna qüvvələri 38K-028 Sudja-Oboyan magistral yolu boyunca Maxnovkanın cənub-qərbində və Çerkasskaya Konopelkanın şimal və şərqində mövqelər tutaraq Kolmakov və Fanaseyevkanı ələ keçirib”, – məlumatda bildirilir.

Analitiklərin fikrincə, Ukrayna qüvvələri təxminən 5 km irəliləyiblər.

ISW qeyd edib ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin irəliləməsindən ciddi narahat olub.

Xatırladaq ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində hücum əməliyyatları davam edir və bu, Ukrayna ilə sərhəddə yerləşən Rusiya bölmələrinə əlavə təzyiq yaradır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*