Ukrayna Prezidenti müharibənin uğurlu sona çatmasının mərhələlərini açıqlayıbbackend

Ukrayna Prezidenti müharibənin uğurlu sona çatmasının mərhələlərini açıqlayıb

Silahlı qarşıdurmanın beynəlxalq təcrübəsi sübut edir ki, müharibənin uğurla başa çatması üçün üç əsas mərhələ yekunlaşdırılmalıdır. Bunlar atəşkəs, insanların barışığı və təhlükəsizliyin təmin edilməsidir.

KONKRET.AZ AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Mariupolda keçirilən forumda söyləyib.

Prezident deyib ki, birinci mərhələ – atəşkəs başa çatmaq üzrədir. Əminik ki, yaxın gələcəkdə buna nail olacağıq. Həqiqətən bunu istəyirik. İkinci mərhələ – insanlar arasında barışığın, birgəyaşayışın təmini üçün vaxt lazımdır. Bu, çox mürəkkəb və həssas prosesdir. Bir ehtiyatsız hərəkət, bir yanlış bəyanat hər şeyin üstündən xəttə çəkə bilər və münaqişənin qaynar mərhələsini bərpa edər. Buna görə medianın istifadə etdiyi ritorikanın rolu bu məsələlərdə vacibdir.

Zelenski deyib ki, bu üç mərhələ dövlət, cəmiyyət və hər bir Ukrayna vətəndaşı ilə birlikdə keçilməlidir. Beş illik müharibədən sonra nəhayət Donbas və Krımın təhlükəsiz reinteqrasiyası üçün bir dövlət strategiyası ortaya qoyulmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*