Ukrayna-Rusiya danışıqları: Tələblər azalıb, amma nəticə yoxdurbackend

Ukrayna-Rusiya danışıqları: Tələblər azalıb, amma nəticə yoxdur

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Ukraynaya qarşı açılmış genişmiqyaslı müharibənin başa çatması ilə bağlı Rusiya ilə danışıqların gedişindən danışıb.

KONKRET.az xəbər verir ki, Arestoviç tərəflərin təxminən üç gün əvvəl razılaşmalar cədvəlini təsdiqlədiklərini vurğulayıb.

“Xarici işlər nazirləri prinsipial məsələlərlə bağlı görüşməyə hazırdırlar, lakin ruslar Mariupolda və ya əməliyyat bölgəsində qalib gəlməyə ümid edirlər. Onlar artıq mərhələni dəyişiblər. Artıq başa düşməyin vaxtıdır ki, diplomatiya da başqa bir mərhələyə – daha az tələblərlə daha real danışıqlara qədəm qoyur. Döyüş meydanında tələblər köklü şəkildə azalıb”, – Ukrayna rəsmisi bildirib.

Arestoviç qeyd edib ki, Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladıqdan sonra Rusiya və Ukrayna Belarus ərazisində danışıqların üç mərhələsini keçiriblər – 28 fevral, 4 mart və 7 mart. Bundan sonra danışıqlar distant formata keçib və müntəzəm xarakter daşıyır”. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*