Ukrayna taxılı ilk bu ölkəyə gedəcək – Türkiyə mediasıbackend

Ukrayna taxılı ilk bu ölkəyə gedəcək - Türkiyə mediası

Türkiyənin təşəbbüsü ilə həyata keçirilən taxıl dəhlizi planı işə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Haber-7 məlumat yayıb.

Məlumata görə, 16 gəmi konvoyla yola düşəcək. Gəmilərin ilk dayanacağı İstanbul olacaq. Gəmilər yola çıxdıqları andan etibarən PUA və peyklər tərəfindən izləniləcək.

Boş və taxıl olmayan gəmilərin limanlardan çıxmasına icazə verilməyəcək.

İlk taxıl gəmisinin aclıqla üz-üzə qalan Somaliyə göndərildiyi bildirilib.

Qeyd edilir ki, Ukrayna limanlarından gələn ilk gəminin avqustun 3-də Türkiyənin ərazi sularında olacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*