Ukrayna telekanalı: “Ermənistanı qurban saymaq SƏHVDİR” – VİDEObackend

Ukrayna telekanalı: “Ermənistanı qurban saymaq SƏHVDİR” - VİDEO

“Ermənistanı qurban saymaq səhvdir”.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna televiziyasının 24-cü kanalı süjet yayımlayıb.

“Son zamanlar Qarabağ məsələsinin çox vaxt bizim şərq torpaqlarımızın Ukraynaya ilhaqına bənzəməsi fikri Avropa siyasətində intensiv şəkildə qızışdırılıb. Deyirlər ki, Azərbaycan Ermənistana, Rusiya Ukraynaya qarşı təcavüz göstərir.

Halbuki Azərbaycan yalnız Ermənistanın 30 ildir Rusiyanın dəstəyi ilə işğal etdiyi, beynəlxalq ictimaiyyətin də ilhaq kimi tanıdığı ərazilərini geri qaytarmaq istəyir…

Ermənistanı qurban saymaq səhvdir. Bu barədə İrəvandan yayılan məlumatları təhlil edən 5-ci kanalın jurnalistlərinin materialında bəhs edilir. Ermənistanı Ukrayna ilə müqayisə etmək, erməni xalqını Qarabağ məsələsində qurban kimi tanımaq çağırışları getdikcə artır. Deyir ki, Qərbin tam dəstəyini məhz o (Ermənistan – red.) almalıdır. Bu ritorika xüsusilə Avropanın ən böyük erməni diasporlarından birinin yerləşdiyi Fransada dəstəklənir”, – deyə süjetdə bildirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*