“Belarus Krımın Rusiyanın olduğunu tanısa, bu, münasibətlərimizə böyük və düzəlməz zərbə vuracaq”.
KONKRET.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Aleksandr Lukaşenkonun sözlərini şərh edərkən bildirib.
“Əgər Belarus həqiqətən də Krımın Rusiya tərəfindən qeyri-qanuni işğalını tanıyarsa, bu, Ukrayna-Belarus münasibətlərinə düzəlməz zərbə vuracaq, biz bütün gücümüzlə hərəkət edəcəyik”, – deyə xarici işlər naziri vurğulayıb.
Xuraman Etibarlı
KONKRET.az
