ABŞ və Avropa rəsmiləri ukraynalı həmkarlarıyla Rusiya ilə mümkün sülh danışıqları barədə danışmağa başlayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə NBC televiziyası ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
“Danışığlar Ukraynanın razılığa gəlmək üçün nədən imtina etməli ola biləcəyinin çox geniş konturlarını əhatə edib”, – məlumatda bildirilir.
NBC-nin məlumatına görə, danışıqların bəziləri keçən ay baş tutub.
Qeyd edək ki, Rusiya dəfələrlə Ukrayna ətrafındakı vəziyyətlə bağlı müxtəlif səviyyələrdə öz fikirlərini bildirib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Moskva böhranın diplomatik həllinə həmişə açıq olub və ciddi təkliflərə cavab verməyə hazırdır.
Ariz Həsənoğlu,
KONKRET.az
