Ukrayna ordusu Xerson vilayətində daha bir kəndi azad edib.
KONKRET.az-ın məlumatına görə, Xerson vilayətinin İvanovka kəndi Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətinin azad edilməsini əsas hədəf kimi müəyyənləşdirib.
Ötən gün Ukrayna müdafiə naziri Aleksey Reznikov Volodimir Zelenskinin Xerson vilayətinin azad edilməsi ilə bağlı Ukrayna Silahlı Qüvvələrinə əmr verdiyini bildirib.
