Ukraynada bu siyasi partiyaların fəaliyyəti dayandırıldı – Zelenski açıqladıbackend

Ukraynada bu siyasi partiyaların fəaliyyəti dayandırıldı - Zelenski açıqladı

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTMŞ) hərbi vəziyyət dövründə bir sıra siyasi partiyaların hər hansı fəaliyyətini dayandırıb.

KONKRET.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.

“MTMŞ hərbi vəziyyət dövründə bir sıra siyasi partiyaların fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Söhbət “Müxalif Platforma – Həyat Naminə”, “Şariya Partiyası”, “Bizimkilər”, “Müxalifət bloku”, “Sol müxalifət”, “Sol qüvvələrin ittifaqı”, “Derjava”, “Ukrayna Mütərəqqi Sosialist Partiyası”, “Ukrayna Sosialist Partiyası”, “Sosialistlər”, “Vladimir Saldo Bloku” partiyalarından gedir”, – deyə Zelenski bildirib.

Ədliyyə Nazirliyinə bu siyasi qüvvələrin fəaliyyətinin dərhal dayandırılması üçün tədbirlər görmək tapşırılıb. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*