“Ukraynada bütün şəhərlər fəlakətə məruz qalacaq” – Oleq Soskinbackend

"Ukraynada bütün şəhərlər fəlakətə məruz qalacaq" - Oleq Soskin

“Rusiya-Ukrayna münaqişəsi dayanmasa, Ukraynanın iri şəhərləri işıqsız və istiliksiz qalmaq təhlükəsi ilə üz-üzə qalacaq”.

KONKRET.az xəbər verir ki, bunu Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin özünün YouTube kanalında bildirib.

“Demək olar ki, bütün şəhərlər işıqsız qalacaq. İşıqsızsa, bu o deməkdir ki, əhali susuz, istiliksiz və müvafiq olaraq kanalizasiyasız qalacaqlar. Dnepropetrovsk, Nikolaev, Krivoy Roq, Xarkov, xüsusilə Kiyev və Lvov kimi çoxmərtəbəli binaların olduğu bütün şəhərlər fəlakətə məruz qalacaq. Odur ki, buna hazır olun”, – deyə o vurğulayıb.

Soskinin sözlərinə görə, məyusedici proqnozlar Kaxovskaya su elektrik stansiyasının olmaması ilə əlaqədardır. Bu isə onu deməyə əsas verir ki, müvafiq olaraq, bütün digər stansiyaların gücü azalacaq. Bundan başqa, o qeyd edib ki, Ukrayna Zaporojye AES-i itirib və bu da qışda mənfi nəticələrə gətirib çıxaracaq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*