“Ukraynada ən azı 10 rus generalı öldürülüb” – Britaniya kəşfiyyatıbackend

“Ukraynada ən azı 10 rus generalı öldürülüb” - Britaniya kəşfiyyatı

Müharibə başlayandan bəri Ukrayna ordusu azı 10 rus generalını öldürüb.

KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat yayıb.

Eyni zamanda, Rusiya qoşunlarının uğursuzluqları ən azı 6 komandirin vəzifəsini itirməyə səbəb olub.

Rusiyanın Şərq və Qərb hərbi dairələrinin komandirləri vəzifələrini itiriblər.

General-polkovnik A.Çayka 2022-ci ilin mayında vəzifəsindən azad edilib. Çox güman ki, onu general-leytenant Vladimir Koçetkov əvəzləyib.

“İşdən çıxarılmaların təsirini Ukraynadakı müharibədə azı 10 rus generalının həlak olması faktı daha da artırır. Bu komandanlıq vəziyyətinin kumulyativ təsiri çox güman ki, Rusiyanın taktiki və əməliyyat problemlərini daha dərinləşdirəcək”- deyə məlumatda qeyd olunur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*