BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Ukraynada mülki əhalinin itkiləri ilə bağlı statistikanı yeniləyib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 27 fevral 2023-cü il tarixinə olan məlumata görə, ölkədə hərbi əməliyyatlar başlayandan indiyədək 8101 mülki şəxs həlak olub, 13479 nəfər yaralanıb.
Bildirilib ki, ölənlər arasında 201 qız, 256 oğlan, 31 azyaşlı uşaq, yaralananlar arasında isə 293 qız, 398 oğlan və 271 uşaq var.
“Mülki itkilərin əksəriyyətinə geniş spektrli məhvedici partlayıcı silahların tətbiqi səbəb olub”, – məlumatda deyilir.
2023-cü il fevralın 22-nə olan məlumata görə, Ukraynanın 8 milyondan çox vətəndaşı hərbi əməliyyatlar səbəbindən ölkəni tərk etmək məcburiyyətində qalıb.
Ukraynalı qaçqınların əksəriyyəti Polşaya (1,5 milyon nəfər) gedib.
İqbal Rzayev,
KONKRET.az
