Ukraynada hökumət istefaya göndərildibackend

Ukraynada hökumət istefaya göndərildi

Ukrayna Ali Radası Baş Nazir Aleksey Qonçarukun rəhbərliyi ilə hökuməti istefaya göndərib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, qərarın lehinə 353 millət vəkili səs verib. Bununla da Ukraynanın hazırkı hökuməti tam tərkibdə buraxılıb.

Qərardan əvvəl parlamentdə çıxış edən Prezident Vladimir Zelenski Ali Radaya Denis Şmıqalı ölkənin yeni Baş Naziri təyin etməyi təklif edib.

Qeyd edək ki, Qonçaruk istefa ərizəsini Ali Radaya dünən təqdim etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*