Kiyevdə Rusiyanın “The Insider” internet nəşrinin jurnalisti Oksana Baulina həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə nəşr öz saytında məlumat yayıb.
“O, rus qoşunları tərəfindən paytaxtın Podolski rayonunu atəşə tutduqdan sonra dağıntıları lentə alıb və yeni raket atəşinə tutulub. Onunla birlikdə daha bir mülki şəxs həlak olub, onu müşayiət edən iki nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib”, – məlumatda deyilir.
