Ukraynadan 1600-dən çox Azərbaycan vətəndaşı təxliyə olunudu – RƏSMİbackend

Ukraynadan 1600-dən çox Azərbaycan vətəndaşı təxliyə olunudu - RƏSMİ

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrdən Moldova Respublikası, Polşa Respublikası, Slovakiya Respublikası, Macarıstan, habelə Rumıniya ərazisinə keçidi davam edir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən KONKRET.az-a verilən xəbərə görə, sözügedən dövlətlərlə əldə edilmiş razılıq əsasında Azərbaycan vətəndaşlarının tranzit keçidi üçün viza tələbi müvəqqəti olaraq qaldırılıb, vətəndaşlar tərəfindən yalnız səyahət sənədi təqdim edilir, COVID-19 pasportu və PCR testinin neqativ nəticəsi mütləq şəkildə tələb edilmir.

Ukraynada hərbi əməliyyatların başlanmasından bu günədək quru yolla qonşu ölkəkərdən Moldova Respublikasına 950 nəfər vətəndaşımız, Polşa Respublikasına 447 nəfər vətəndaşımız, Macarıstana 17 nəfər vətəndaşımız, Rumıniyaya 200 nəfər vətəndaşımız, Slovakiya Respublikasına isə 13 nəfər vətəndaşımız daxil olub.

Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımıza hərbi obyektlərdən kənar olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edirik.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat vətəndaşlarımıza təqdim ediləcəkdir.

19:36

Ukraynadakı vəziyyətlə əlaqədar təxliyə olunmuş 168 Azərbaycan vətəndaşı bu gün gecə saatlarında ilk təyyarə ilə Bakıya gətirilib. 

KONKRET.az xəbər verir ki, Ukraynanın Azərbaycanda fəxri konsulu Mehrəli Qasımov Xəzər TV-yə müsahibəsində bildirib ki, vətəndaşlar xüsusi ayrılmış yerüstü nəqliyyat vasitələri ilə Ukraynanın Moldova ilə olan sərhəd-keçid məntəqələrindən Kişinyov şəhərinə çatdırılıb.

Moldovanın paytaxtından vətəndaşlar Rumıniyanın Yassı şəhərinə yönləndirilib və daha sonra təyyarə vasitəsilə İstanbula, sonra isə Bakıya göndərilib. Fəxri konsul Mehrəli Qasımovun sözlərinə görə, təyyarələr NEQSOL Holding tərəfindən humanitar dəstək çərçivəsində təşkil olunub.

Mehrəli Qasımov vətəndaşların təxliyəsinin davam etdiyini vurğulayıb.

“Xarici İşlər Nazirliyi gücləndirilmiş iş rejimindədir, bizim səfirliklərimiz və konsulluqlarımız da bütün güclərini səfərbər ediblər”, – deyə fəxri konsul bildirib.

Hazırda Kişinyovda 600-yə yaxın Azərbaycan vətəndaşı toplanılıb. Fəxri konsulun verdiyi məlumata əsasən vətəndaşlar Azərbaycanın Moldovada olan səfirliyinin ərazisində, həmçinin səfirlik tərəfindən təşkil olunmuş digər məkanlarda yerləşdirilib.

09:10

Ukranyadakı vəziyyətlə əlaqədar Ruminiyaya keçən vətəndaşlarımızın bir qismini daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, vətəndaşlarımız Bakıya çatıb.

Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün fevralın 28-də tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysin təşkil edilməsi nəzərdə tutulmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*