Ukraynada ölən uşaqların sayı açıqlandıbackend

Ukraynada ölən uşaqların sayı açıqlandı

Rusiyanın Ukraynadakı müharibəsi təkcə ötən ay ərzində  ən azı 100 uşağın ölümünə səbəb olub.

KONKRET.az “Ukrinform” a istinadən bildirir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclası zamanı BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktorunun müavini Ömər Abdi danışıb.

“Hər gün daha çox ukraynalı uşaq bu müharibənin dəhşətləri ilə üzləşir. Təkcə keçən ay BMT azı yüzlərlə uşağın öldüyünü təsdiqləyib. Əsl ölənlərin sayının daha çox olduğuna inanırıq”, – deyə Abdi bildirib.

Onun sözlərinə görə, daha çox uşaq yaralanıb, milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb

“Ukraynadakı müharibə, bütün müharibələr kimi, müdafiə və uşaq hüquqlarının böhranıdır”, – diplomat bildirib.

Mayın 11-nə olan məlumata görə, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı silahlı təcavüzü nəticəsində 226 uşaq həlak olub, 417 uşaq yaralanıb .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*