Ukraynada rekord yoluxma qeydə alındıbackend

Ukraynada rekord yoluxma qeydə alındı

Ukraynada bu günədək ən çox koronavirusa yoluxma faktı qeydə alınıb.

KONKRET.az xəbər verir ki, son 24 saatda ölkə ərazisində 16 min 218 nəfərdə “COVID-19” aşkarlanıb, 192 nəfər ölüb.

Rekord artımdan sonra ümumilikdə yoluxma sayı 693 min 407-yə yüksəlib.

Qeyd edək ki, Ukraynada 14 noyabrdan etibarən sərt karantin rejimi tətbiq edilir.

“Həftəsonu karantini” çərçivəsində aptek və marketlər istisna olmaqla  bütün obyektlər fəaliyyətini dayandırıb.

Restoran və kafelər həftəiçi saat 07:00-dan 22:00-dək işləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*