Ukraynada sakinlərə ərzaq və su ehtiyatı yığmaq çağırışı edildibackend

Ukraynada sakinlərə ərzaq və su ehtiyatı yığmaq çağırışı edildi

Ukraynada vətəndaşlara yaxın günlər üçün zəruri ərzaq və su ehtiyatı toplamaq tövsiyə olunub. Məlumat Kiyev Şəhər İstehlakçıların Hüquqlarının Müdafiəsi və Təhlükəsizliyi İdarəsinin (Qosprodpotrebxidmət) rəhbəri Anatoli Katerençuk tərəfindən açıqlanıb.

KONKRET.az xəbər verir ki, o, ölkə sakinlərini evdə 7-12 günlük içməli su və əsas zəruri ərzaq məhsulları ehtiyatı saxlamağa çağırıb. Bu addım Rusiya qüvvələrinin ölkənin infrastrukturuna və logistika mərkəzlərinə hücum təhlükəsinin hələ də qalması ilə əlaqədardır.

Bununla belə, Katerençuk əhalinin uzunmüddətli, məsələn, bir aylıq və ya daha çox ərzaq ehtiyatı toplamasına ehtiyac olmadığını vurğulayıb. Onun sözlərinə görə, Ukraynada ərzaq qıtlığı yoxdur və hər hansı müvəqqəti mal çatışmazlığı idxal hesabına tezliklə aradan qaldırıla bilər.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova xarici vətəndaşlara və diplomatlara Kiyevi tərk etmək tövsiyəsini xatırladaraq, Rusiyanın Ukraynanın hərbi infrastrukturuna qarşı sistemli zərbələr endirməyi planlaşdırdığını bəyan etmişdi.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*