Ukraynada savaş: BMV zavodu fəaliyyətini dayandırdıbackend

Ukraynada savaş: BMV zavodu fəaliyyətini dayandırdı

BMV avtozavodunun sexləri və yığma xətləri işi bir həftə dayandırmağa məcbur olub. Buna səbəb – Ukraynadan tədarük edilməli detalların çatışmamasıdır.

KONKRET.az xəbər verir ki, Bavariya əyalətinin Regensburq şəhərindəki avtozavod uzun illər boyu Ukraynada istehsal edilən komponentlərdən asılı idi. İndi presləmə, rəngləmə və kuzov sexlərində, habelə ümumi yığma xəttində işlər dayandırılıb.

Bu firmanın Münhen və Dinqolfing şəhərlərindəki zavodlarının işində əvvəl də fasilələr olurdu. Orada da əsas səbəb Ukraynadan materiallar tədarükünün qeyri-sabit olmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*