Ukraynadan daha 2 taxıl yüklü gəmi yola düşdübackend

Ukraynadan daha 2 taxıl yüklü gəmi yola düşdü

Kənd təsərrüfatı məhsulları daşıyan daha 2 gəmi bu gün Ukrayna limanlarından yola düşüb.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb:

“İtaliyaya 11 min ton soya daşıyan МВ SACURA gəmisi Yujnıydan, İskəndərun limanına 48 min 458 ton qarğıdalı daşıyan MV ARIZONA adlı gəmi isə Çernomorskdan yola düşüb”.

Bildirilib ki, dünən yola düşən 4 gəmi bu axşam İstanbulda lövbər salacaq, sabah isə gəmilər yoxlanılacaq.

Birgə Koordinasiya Mərkəzinin işi çərçivəsində Ukrayna limanlarından taxıl daşımalarının davam etdiyi qeyd edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*