“Ukraynadan sonra Polşa, Moldova və Qazaxıstan…” – ŞOK AÇIQLAMAbackend

"Ukraynadan sonra Polşa, Moldova və Qazaxıstan..." - ŞOK AÇIQLAMA

Moskva Şəhər Dumasının Kommunist Partiyasından olan deputatı Sergey Savostyanov Ukrayna ilə yanaşı Qazaxıstanı da Rusiyanın tam təsir dairəsinə qatmağa çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan KazTag Teleqraf Agentliyi məlumat yayıb.

“Ukraynanın demilitarizasiyası və denasifikasiyası Ukrayna, Rusiya və bütün Avropa xalqları üçün davamlı təhlükəsizliyi təmin edəcək. Rusiya Federasiyasının təhlükəsizliyinin tam təmin edilməsi üçün Ukrayna ilə yanaşı, Baltikyanı ölkələr, Polşa, Moldova və Qazaxıstanın denasifikasiya və demilitarizasiya zonasına daxil edilməsini məqsədəuyğun hesab edirəm”, – Savostyanovun imzaladığı sənəddə belə deyilir.

Sənədi Rusiyanın “Yabloko” partiyasının Moskva şöbəsinin sədr müavini Kirill Qonçarov dərc edib.

Qonçarov özü Savostyanovun fikrinə qısaca olaraq “Ayıbdır” deməklə reaksiya verib.

 

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*