Ukraynalıların 98%-i qələbəyə inanır, 91%-i Zelenskini dəstəkləyir.
KONKRET.az xəbər verir ki, Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) Analitik Araşdırmalar Mərkəzinin (CISR) sifarişi ilə “Reytinq” sosioloji qrupu sorğu keçirib.
Sorğunun nəticələrinə görə, ukraynalıların 98%-i Rusiya ilə müharibədə qələbəyə inanır, 91%-i isə prezident Volodimir Zelenskinin fəaliyyətini bəyənir.
Cümə axşamı açıqlanan sorğunun nəticələri göstərir ki, respondentlərin 98%-i “Ukraynanın müharibədə qalib gələcəyinə inanırsınızmı” sualına “bəli” cavabı verib.
Respondentlərin 1%-i inanmadığını, 1%-i isə cavabla bağlı qərar vermədiyini bildirib.
Qeyd edək ki, apreldə keçirilən əvvəlki sorğuda 97% Ukraynanın müharibədə qələbə qazanacağına inanırdı.
Xuraman Etibarlı,
KONKRET.az
