“Ukraynanı neonasist əhval-ruhiyyədən təmizləmək lazımdır” – Peskovdan KRİTİK AÇIQLAMAbackend

"Ukraynanı neonasist əhval-ruhiyyədən təmizləmək lazımdır" - Peskovdan KRİTİK AÇIQLAMA

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanı neonasist əhval-ruhiyyədən təmizləməyin vacibliyini bəyan edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, “Donetsk”in  rəhbəri Denis Puşilinin bəyanatlarını şərh edərkən belə deyib:

“Kreml Ukraynanı bu cür neonasist əhval-ruhiyyənin təzahürlərindən azad etməyin zəruriliyini anlayır. Bu lazımdır”, – Peskov bildirib.

O, həmçinin əlavə edib ki, xüsusi hərbi əməliyyat çərçivəsində “DXR” və “LNR”də insanların müdafiəsi üçün tədbirlər görülür.

Qeyd edək ki, daha öncə DXR rəhbəri Denis Puşilin “Rusiya şəhərlərini yenidən azad etməyin vaxtı çatıb” ifadəsini işlətmiş və Kiyev, Çerniqov, Poltava, Odessa, Dnepropetrovsk, Xarkov, Zaporojye, Lutskın adını çəkmişdi.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*