Ukraynanın hərbi strategiyası: Hər an başlaya bilər!backend

Ukraynanın hərbi strategiyası: Hər an başlaya bilər!

Rusiya ilə müharibə vəziyyətində Ukraynanın yeni strategiyası ortaya çıxıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri yazıb.

“Strategiyada qarşıdurmanın alqoritmi maraqlı şəkildə təsvir edilib. O, Ukraynanın təcavüzə məruz qalmasına cavabla başlayır. Yəni birbaşa düşmənin Ukraynanın dövlət sərhədini pozması lazım olduğunu demir”, – məqalədə bildirilib.

Strategiyaya əsasən, Ukrayna ərazisinə xaricdən silahlı müdaxilə olduqda ordu və xüsusi təyinatlı qüvvələrin iştirakına icazə verilir.

“Bu da o deməkdir ki, Ukrayna Silahlı Qüvvələri hər an nəzarətsiz ərazilərdə və oradakı rus qoşunlarına qarşı hərbi əməliyyat keçirə bilər”, – nəşr bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Prezident Zelenski Ukraynanın hərbi strategiyasını təsdiq edib. Bu, müstəqillik illərində qəbul edilən ilk hərbi strategiyadır. Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*