Kiyevdə normal həyat tədricən bərpa olunur, küçələrdə qurulan barrikadaların bir qismi götürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko “Anadolu”ya açıqlamasında bildirib.
Kliçko nəqliyyat vasitələrinin hərəkətinə görə bəzi barrikadaların götürüldüyünü qeyd edib:
“Şəhər yavaş-yavaş normal həyata qayıdır. Nəqliyyat vasitələrinin keçidi üçün bəzi yerləri genişləndirdik”.
Ölkədə müharibənin davam etdiyini xatırladan Kiyev meri, “Biz müharibə şəraitində yaşayırıq , ona görə də bəzi barrikadalar götürülüb, bəziləri isə qalacaq” – deyə əlavə edib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya, xüsusilə Donbas bölgəsinə qarşı müharibəsinin güclənməsi səbəbindən paytaxt Kiyevə qayıdanların sayı artmağa başlayıb .
İqbal Rzayev,
KONKRET.az
