Məlum olduğu kimkəi, Qazaxıstan təbiətinə Amur pələngi buraxılıb. Pələngin adı da qoyulub – Ümid. O, artıq Qazaxıstanın vəhşi təbiətinə uğurla uyğunlaşır: ilk 10 gün ərzində pələng müstəqil şəkildə bir canavar və vəhşi qaban ovlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ekologiya Nazirliyi məlumat verib.
Mütəxəssislər GPS-boyunbağı vasitəsilə onun hərəkətlərini izləyir və ov etdiyi yerləri araşdırırlar.
Əvvəlcə Ümit canavar ovlayıb və bir neçə gün onun cəmdəyi ilə qidalanıb. Daha sonra pələng uğurla vəhşi qaban ovlayıb.
Ekologiya Nazirliyində bunu Ümitin yeni mühitə uyğunlaşdığının və artıq özünə müstəqil şəkildə qida tapa bildiyinin mühüm əlaməti hesab edirlər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
