Uşaq pulunun verilməsi ilə bağlı deputatdan AÇIQLAMAbackend

Uşaq pulunun verilməsi ilə bağlı deputatdan AÇIQLAMA

Fazil Mustafa, millət vəkili

Müxtəlif vaxtlarda uşaqpulunun bərpası məsələsi gündəmə gəlir. Hətta Milli Məclisin deputatları plenar iclaslarında uşaqpulunun bərpa edilməsi ilə bağlı təkliflər də irəli sürüblər. Karantin rejimi bitdikdən sonra uşaqpulu yenidən bərpa oluna bilərmi?

Bununla bağlı KONKRETt.az-a danışan deputat Fazil Mustafa bildirib ki, pandemiyadan sonra uşaq pulu məsələsinə yenidən baxmaq olar: “İlk öncə dövlətin imkanları nəzərə alınıb müəyyən addımlar atılmalıdır. Bu gün pandemiyaya görə problemlər daha da artıb. İqtisadi cəhətdən narahatlıq var. Buna baxmayaraq, vətəndaşın vəziyyətini yüngülləşdirilmək üçün bütün variantlara getmək lazımdır. Ən azından bu istiqamətdə addımların atılması zəruridir. Çünki vətəndaşın da vəziyyəti çətinləşib.

Pandemiya dövründə xüsusilə işsiz, gəliri olmayan vətəndaşların problemləri artıb. Ona görə də bu istiqamətdə düşünmək lazımdır. Bütün hallarda məsələlər iqtisadi imkanımıza görə həll edilməlidir. Neftin qiymətinin aşağı düşməsi, müəyyən gəlirlərin azalması narahatedici amillərdəndir. Uşaqpulu məsələsini əvvəl həll etmək imkanı var idi. Bu məsələni əvvəl həll etsəydik, daha yaxşı olardı. Hər halda pandemiyadan sonra bu məsələ müzakirə olunub, qərar qəbul edilə bilər”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

 

  • Allah bendesi.
    Avqust 4, 2020 - 14:33

    Her defe bu movzu acilir,insan umudlanir.Sonra o umudler bosa cixir.Beli bu karantin dovrunde heqiqetende ezab cekirik.Men kiraye qaliram.4usaq anasiyam.Yoldasim zavodda isliyir.karantin dovrunde is olmur.Dusunun gorun ki biz nece yasayiriq.Usaq pullari verilse yaxsi olmazdimi?Ne vaxta kimi mene atam komek olacaq?Bir evlad olaraq men artiq unutaniram ki niye menim kirayemi atam oduyur.usaqlarim ac qalmasin deye eve pradukt alir.Amma millet vekillerinin maaslarina nece- nece aile dolandirmaq olar.Mumkinse usaq pullari verilsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*