“Uşaqlarımın və anamın nə günahı var?” – Anara Sarkarovabackend

“Uşaqlarımın və anamın nə günahı var?” – Anara Sarkarova

Tacikistanın hüquq-mühafizə orqanları BBC-nin rus xidmətinin keçmiş əməkdaşı Anora Sarkorova qarşı cinayət işi açıb.

KONKRET.az xəbər verir ki, bu barədə hazırda “Azadlıq” radiosunun tacik xidmətində çalışan Anora Sarkorovanın özü məlumat verib.

Hazırda Avropada olan Sarkorovanın sözlərinə görə, fevralın 2-də cinayət işinin başlanması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Dilovər Məmədlətif anasına məlumat verib. Eyni zamanda o, jurnalistin ölkəyə qayıdaraq bağışlanma dilədiyi təqdirdə amnistiyaya düşəcəyini deyib.

“Anam müstəntiqin otağına girəndə ona iki cinayət işi göstəriblər. Birində Rüstəmjon Djoniyev, ikincisində Anora Sarkorova adı yazılıbmış”, – jurnalist qeyd edib.

Sarkorovanın dediyi kimi, anası polisə ilk dəfə deyil, çağırılır.

“Mən yetkin biriyəm, əgər mənə suallarınız varsa, onu ürəyi xəstə olan qoca anamdan yox, məndən soruşsunlar. Hər belə problemdən sonra özünü pis hiss edir və uzun müddət xəstələnir. Mən öz əməllərimə görə məsuliyyət daşıyıram, nə uşaqlarım, nə də anamın bunda günahı var”, – Sarkorova bildirib.

Sarkorova deyib ki, onun amnistiyaya ehtiyacı yoxdur, çünki o, qeyri-qanuni heç bir iş görməyib, sadəcə olaraq, sakinlərin hüquqlarının geniş şəkildə pozulmasından yazıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*