ÜST-dən həyəcan təbili: Uşaqlar arasında meymunçiçəyinə yoluxma varbackend

ÜST-dən həyəcan təbili: Uşaqlar arasında meymunçiçəyinə yoluxma var

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqlar arasında meymunçiçəyi xəstəliyinə yoluxma hallarını qeydə alıb.

KONKRET.az xəbər verir ki, bu barədə ÜST-ün nümayəndəsi Rozamund Lyuis brifinq zamanı bildirib.

Onun sözlərinə görə, bu gün meymunçiçəyinə yoluxma aşkarlanan uşaqların təxminən üçdəbiri 10 yaşınadək, yarısı isə beş yaşınadək uşaqlardır.

Lyuis qeyd edib ki, çox güman ki, kiçik uşaqlar xəstəliyə evdə yoluxurlar. 18-19 yaşlı xəstələr arasında meymunçiçəyi xəstəliyinin yayılması məsələsi hələ də aktuallığını itirməyib.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*