ÜST: Dünyada 3,2 milyondan çox insan koronavirusa yoluxubbackend

ÜST: Dünyada 3,2 milyondan çox insan koronavirusa yoluxub

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 3,2 milyonu keçib və 3 267 184 nəfərə çatıb, təxminən 230 min insan da eyni diaqnozdan həyatını itirib.

KONKRET.az. “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün məlumatına görə, son sutka ərzində dünyada 91,9 mindən çox yoluxma və 5799 nəfər də ölüm faktı qeydə alınıb. Bütün pandemiya dövründə 229 971 nəfər ölüb.

Yoluxma hallarının çoxu 140,5 min nəfərin öldüyü Avropada (1 492 024 nəfər) qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*