ÜST: “Dünyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb”backend

ÜST: "Dünyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb"

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 747 mindən çox artıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 747 082 nəfər yeni koronavirusa yoluxub, 13 296 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 61 299 371, ölənlərin isə 1 439 784 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*