ÜST: Son sutkada dünyada koronavirusa 138 mindən çox yoluxma aşkarlandıbackend

ÜST: Son sutkada dünyada koronavirusa 138 mindən çox yoluxma aşkarlandı

Dünyada koronavirusa yoluxanların sayı 8,5 milyon nəfəri ötüb.

KONKRET.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün məlumatına görə, son sutkada dünyada koronavirusa 138 mindən çox yoluxma aşkar edilib.

Təşkilat qeyd edib ki, ötən gün dünyada daha 6 271 nəfər COVID-19-dan ölüb. Koronavirusdan ölmüş pasiyentlərin ümumi sayı 456 973 nəfər təşkil edir. Təhlükəli virusun aşkarlandığı 213 ölkə və bölgədə COVID-19-a 8 525 042 nəfər yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*