Məşhur erməni iş adamı Vaqram Mirakyan özünün sosial şəbəkələrdəki səhifəsində İkinci Qarabağ müharibəsinə yekun vurub və Ermənistanın məğlubiyyətini faciəvi adlandırıb.
KONKRET.az bildirir ki, bu barədə panorama.am. saytı məlumat yayıb.
“Gəlin aşağıdakıları qeyd edək. DQMV-nin keçmiş əraziləri, məsələn, Şaumyan haqqında sazişdə söhbət belə getmir. Talış, Madagiz, Hadrut haqqında da heç nə yoxdur. Başa düşdüyümüzə görə, Türk Ordusu Qarabağda Rusiya ordusu ilə bir yerdə qalır. Naxçıvan Mehri (Ermənistanın Sünik vilayəti) vasitəsilə Azərbaycanla birləşir, yəni Ermənistan cənubda da bloklanır. Rusiya sülhməramlıları 5 il müddətinə qalırlar və əgər 5 ildən sonra tərəflərdən biri razılaşmadan çıxmırsa, müddət avtomatik olaraq uzadılır. 5 və ya 10 ildən sonra Azərbaycan bir tərəf kimi sazişdən çıxa bilər və ruslar gedəcək, Dağlıq Qarabağ Muxtar Vilayəti və Ermənistan Respublikası isə blokadada qalacaq. Qarabağın statusu haqqında heç bir söz yoxdur. Onlar Qarabağa qaçqınları, təxminən 200 min adam yerləşdirəcəklər”, – deyə Vaqram Mirakyan yazıb.
Onun sözlərinə görə, Ermənistanın diplomatik məğlubiyyəti hərbi məğlubiyyətdən daha ağırdır.
“Strateji nöqteyi – nəzərdən Türk Dünyası inanılmaz uğur əldə edib – Ermənistan vasitəsilə birləşib və Qarabağın yarısını hədiyyə alıb”, – deyə erməni biznesmen vurğulayıb.virtualaz.org
